Flag Azerbaiijanrussian-flag

Xaricdə Təhsil

V.N Karazin adına Xarkov Dövlət Universiteti

karazin loqoV.N Karazin adına Xarkov Dövlət Universiteti Şərqi Avropanın ən qədim ali təhsil ocaqlarından biridir.Ukrayna və onun kənarlarında ali təhsil sisteminin yaranma və inkişafında Karazin Universiteti böyük rol oynamışdır.Karazin Dövlət Universitetinin əsası 1804 cü ildə qoyulmuşdur. Fəaliyyət göstərdiyi müddətdə bir sıra alimlər,incəsənət və elm xadimləri yetişdirmişdir.I.Meçnikov,L. Landau,N.Kostomarov,N.Barabaşov ,A.Lyapunov və s. kimi adlar Universitetlə bağlıdır.

Xarkov Dövlət Universitetində hal hazırda 16000 tələbə təhsil alır.Universitetdə 115 ixtisas üzrə tələbə hazırlayan 20 fakultə fəaliyyət göstərir. Universitetin bazası əsasında :Dövlət huquq Akademiyası,Xarkov Tibb Universiteti ,Xarkov Pedoqoji Universiteti,Xarkov İqtisad Universiteti ve başqa ali təhsil ocaqları formalaşmışdır.Xarkov Dövlət Universitetinin alimleri ABŞ, Kanada ,Rusiya ,Almaniya, Türkiyə Çin, İngiltərə, Azərbaycan və s ölkələrin universitetləri ilə sıx əməkdaşlıq edir.

2011 ci il 24 iyun tarixində Xarkov Dövlət Universiteti və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.Saziş Xarkov Dövlət Universitetinin birinci prorektoru Aleksandrov Vladimir Vladimiroviç və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tərəfindən imzalanmışdır.

Əziz abituriyent sizi Karazin adına Xarkov Dövlət Universitetində təhsil almağa dəvət edirik

 

Fakultələr
1 İqtisadiyyat
2 Beynəlxalq iqtisadi münasibətlər və turizm
3 Hüquq
4 Psixoloqiya
5 Qeoloqiya coğrafiya
6 Xarici dillər
7 Filoloqiya
8 Tibb
9 Tarix
10 Sosioloqiya
11 Fəlsəfə
12 Mexaniki riyaziyyat
13 Fizika
14 Texniki fizika
15 Energetik fizika
16 Radio fizika
17 Kompyuter elmləri
18 Kimya
19 Bioloqiya
20 Ekoloqiya
21 Hazırlıq
22 Hazırlıq ingilis dilində

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *