
Vrotslav Universiteti Polşanın ən qədim təhsil ocaqlarından biridir. Vrotslavda ilk dəfə universitet yaratmaq cəhdi 1505-ci ilə təsadüf edilir. Bununla belə universitetin rəsmi yaranma tarixi 1702-ci il hesab edilir.
Məhz bu tarixdə Müqəddəs Roma İmperiyasının imperatoru I Leopoldun sərəncamı ilə Breslauda (1945-ci ilə kimi Vrotslav belə adlanıb) fəlsəfə və katolik teoloqiyası fakultələrinin yer aldığı universitetit əsası qoyulur. Hazırda universitetdə 40 minə yaxın tələbə təhsil alır.